"Unicapital İnvestisiya Şirkəti" ASC-nin vergi borcunun olduğu üzə çıxıb.
Plat.az bu barədə kommersiya qurumlarının dövlət reyestri məlumatlarına istinadən xəbər verir.
Belə ki, 3 avqust 2026-cı il tarixinə şirkətin 17 min 302 manat vergi borcu yaranıb. pizza mizza
Qeyd edək ki, Xatırladaq ki, "Unicapital" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manat, Baş direktoru isə Vüqar Namazovdur. İnvestisiya şirkətinin təsisçisi 100% "Unibank" ASC-dir.
"Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 138 milyon 200 min 392 manatdır. Bankın səhmlərinin 94,08 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 5,92 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.
Məlumat üçün deyək ki, "Unicapital İnvestisiya Şirkəti" ötən ili 285 min manat xalis mənfəətlə başa vurub.
Telegram kanalımız