25 Sentyabr - 06:01
Bakıda unikal əməliyyat:  Xəstənin qarnından 25 kq törəmə çıxdı - Fotolar + Video

Bakıda unikal əməliyyat: Xəstənin qarnından 25 kq törəmə çıxdı - Fotolar + Video

Digər

19 Mart 2021 17:25 2576


Xarici ölkələrin həkimləri tərəfindən hamını təəccübləndirən əməliyyatlar aparılması ilə bağlı məlumatlara tez-tez rast gəlirik. Həmin məlumatlar dünyanın informasiya agentliklərinin xəbər lentində, sosial şəbəkələrdə sürətlə yayılır və böyük maraqla izlənilir. Yenə də belə bir həkim əməliyyatı var. Amma xarici ölkədə deyil, Bakıda. Əməliyyatın foto-video kadrlarını maraq və həyəcansız izləmək olmur.

Yenisabah.az xəbər verir ki, "Leyla Medical Centre" in həkimləri unikal bir cərrahi əməlliyat yerinə yetiriblər. Kəskin ağrı ilə xəstəxanaya müraciət edən 56 yaşlı qadında müayinə zamanı həddindən artıq böyük ölçüdə olan törəmə aşkar olunub. Uzun illər ərzində qarın boşluğunda diskomfort hissindən, qarnında və belində olan ağrılardan əziyyət çəkən xəstə bu vaxta qədər məsulliyyətsizlik edərək həkimə müraciət etməyib. Nəticədə bağırsaq keçməzliyi və sidiyə getmədə problemləri yaranan qadın təcili olaraq əməlliyat olunub. Bir neçə saat ərzində davam edən cərrahi əməlliyət nəticəsində qadının qarın boşluğundan nə az, nə də çox- 25 kq ağırlığında şiş çıxarılıb. Peşəkar həkim heyəti tərəfindən icra olunan əməlliyyat çətin və çox riskli olsa da, uğurla başa çatıb. Belə unikal əməlliyatı uğurla icra edən həkimləri tanıyaq: "Leyla Medical Centre"in Cərrahi şöbəsinin müdiri Op.dr. Elgün Səmədov, assistentlər - Nigar Allahverdiyeva, Rəhman İsgəndərov, Vüsalə Balayeva, və anestezioloq Asif Əhmədov.

Hazırda əməlliyat olunan xəstənin vəziyyət qənaətbəxş qiymətləndirilir. Əməliyyatı icra edən baş cərrah Elgün Səmədovun bir də müraciəti cvar: “Əgər, səhhətinizdə hər hansı bir narahatçılıq yaranarsa, doğru diaqnostika üçün vaxtında həkimə müraciət edin”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!