“Atamız, babamız səhv edibsə, biz mütləq təkrarlamalıyıq?“   - Etiraz

saytların hazırlanması

Evə çatdırılma

“Atamız, babamız səhv edibsə, biz mütləq təkrarlamalıyıq?“ - Etiraz

Sosial

06 Yanvar 2022 16:11 1638


Hər il olduğu kimi, ötən il də uşaqlara qəribə adlar verilib. Siyahıya Dərdayıl, Dəftər, Balış, Şərbala və s. kimi adlar daxildir.

Bir insan övladına nəyə görə Şərbala adı verməlidir?

Adlar insanın taleyində hansı rolu oynayır? pizza sifarişi

Yazıçı Şərif Ağayar mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verib.

O, sözün mistik təsirinə inandığını söyləyib:

“Əmin olun, adımız başqa olsa idi, taleyimizə mütləq təsir edəcəkdi. Eyni zamanda, sözün estetik tərəfi də var. Deyilişi, səslənişi gözəl olmalıdır. Bu mənada ad seçimi insanın həm savadının, həm də zövqünün göstəricisidir. Mütləq diqqətli olmaq, bu məsələlərdən başı çıxan insanlarla məsləhət etmək lazımdır.

Ekzotik adları araşdıranda görürsən ki, kiminsə atasının, babasının adı imiş. Nə olsun? Atamız, babamız səhv edibsə, biz mütləq təkrarlamalıyıq? Uşaqlara sadə, müasir, rahat deyilən, rahat anlaşılan və yaxşı mənası olan adlar qoymaq lazımdır. Bizə qoyulan adların məzmunuyuq. Adımızı çağırdıqca kimliyimiz zikr olunur, həm kosmosa, həm cəmiyyətə enerji ötürülür. Bu enerji isə qarşılıqlıdır. Ötürdüyümüzə uyğun cavab alırıq”.

Mehri QURBAN


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mirvari
    Belə adları qoyan valideynlər görəsən heç məktəb oxuyublar?Bu uşaqlar adları məktəbə siyahıda oxunanda utanacaqlar və bu orada kompleks yaradacaq Adları gərək bir analiz edib sonra qoysunlar.Muəllifin soyadına fikir verdim,-"Qurban"Bu ada oyrəssək də,əslində uyğun deyil Qurban ,məncə.
    4 years ago