Vasitəçilər Vaşinqton və Tehranı masa arxasına keçirməyə çalışır

saytların hazırlanması

Evə çatdırılma

Vasitəçilər Vaşinqton və Tehranı masa arxasına keçirməyə çalışır

Dünya

25 Sentyabr 2026 15:22 65


ABŞ-İran münaqişəsində vasitəçilər gələn həftə yeni danışıq mərhələsi üçün səylərini artırırlar.

"Yeni Sabah" The Wall Street Journal-a istinadla xəbər verir ki, mənbələrin sözlərinə görə, Qətər də daxil olmaqla, bəzi ölkələr Vaşinqton və Tehranı Hörmüz boğazını açmağa və hərbi əməliyyatları azaltmağa sövq etmək istəyir.

Onlar gələn həftənin əvvəlində Omanda yeni danışıqlar mərhələsinin keçirilməsinə çalışırlar. pizza hut

Bundan əvvəl "The National" mənbələrə istinadla İranın ABŞ ilə regiondakı münaqişəyə son qoymaq planını çatdırdığını bildirmişdi.

Mənbələr qeyd edir ki, Tehran regionda atəşkəs elan etməyi və Hörmüz boğazında vəziyyəti normallaşdırmağı təklif edib. Tehran həm də Vaşinqtonu atəşkəs qüvvədə olduğu müddətdə sülh danışıqları üçün cədvələ razı salmaq istəyir. Atəşkəs İranla qonşu ərəb ölkələrindəki hədəflərə zərbələrin dayandırılmasını nəzərdə tutur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!