Saatlıq əmək haqqı kimlərə şamil ediləcək?

saytların hazırlanması

Evə çatdırılma

Saatlıq əmək haqqı kimlərə şamil ediləcək?

Sosial

11 Noyabr 2026 12:15 195


Saatlıq əməkhaqqı qadınların, tələbələrin və pensiyaçıların əmək bazarına çıxışını asanlaşdıra bilər.

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, hazırda Azərbaycanda əməyin ödənilməsi vaxtamuzd, işəmuzd və digər formalarda həyata keçirilsə də, minimum əməkhaqqı aylıq dövrü əhatə edir. Bu yanaşma natamam iş saatları ilə çalışanların və qısamüddətli işlərə cəlb olunan şəxslərin əməyinin ödənilməsində qeyri-bərabərlik yaradır. Məişət texnikası

Deputatın sözlərinə görə, minimum əməkhaqqı işçilərin minimum yaşayış səviyyəsinin təmin olunması baxımından mühüm sosial siyasət aləti olsa da, bütün iş rejimləri üçün universal mexanizm hesab edilə bilməz.

Musa Quliyev qeyd edib ki, xüsusilə mövsümi, natamam və qısamüddətli işlərdə saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi daha ədalətli yanaşmanın formalaşmasına imkan verə bilər: “Lakin minimum əməkhaqqı aləti bütün iş rejimlərində universal indikator kimi çıxış edə bilmir. Xüsusi ilə natamam və mövsümi işlərdə, qısamüddətli müqavilə tələb edilən işlərdə əməyin minimum əməkhaqqı sistemi üzərindən ödənilməsi qeyri bərabərlik və sosial ədalətsizlik yaradır. Ona görə də bir çox ölkələrdə əməyin ödənilməsində aylıq əmək haqqı ilə yanaşı saatlıq əməkhaqqı rejimi də tətbiq edilir.

Saatlıq minimum əmək haqqı kənd təsərrüfatı, iaşə, turizm, məişət xidməti, daşıma xidmətləri, İT sektoronda çalışan işçilərin əməyinin ödənilməsində bərabər və ədalətli yanaşmanı təmin edə bilər. Saatlıq əmək haqqının tətbiqi azyaşlı uşaqları olan qadınların, tələbələrin, pensiyaçıların əmək bazarına çıxışını asanlaşdıran bir çalışma rejimi olaraq həm də qeyri-formal məşğulluğun rəsmləşdirilməsinə təkan verən bir sosial alət olaraq əhəmiyyətlidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!