Ronaldoya möhtəşəm jest

saytların hazırlanması

Evə çatdırılma

Ronaldoya möhtəşəm jest

İdman

11 Noyabr 2026 11:26 37


Kriştiano Ronaldonun millidə karyerasını başa vurması maraqlı bir jestlə yadda qalıb.

“Yeni Sabah” xəbər verir ki, "Transavia" aviaşirkəti portuqaliyalı ulduzun şərəfinə Madeyra adasının Funşal şəhərinə olan uçuşlarda 7C nömrəli oturacaqları simvolik olaraq istifadədən çıxardığını elan edib.

Aviaşirkət sosial şəbəkə hesabında Ronaldonun 7 nömrəli formasının təyyarədəki 7C oturacağının üzərinə sərilmiş fotosunu paylaşaraq, "CR7 butslarını asdığı zaman bizim Funşala uçuşlarımızdakı 7C nömrəli oturacaqlarımız da təqaüdə göndəriləcək!" sözlərini yazıb. Lakin bu jestin arxasında marketinq təşəbbüsünün olduğu bəlli olub. Məişət texnikası

Şirkət sonradan təsdiqləyib ki, 7C nömrəli oturacaqlar fiziki olaraq təyyarələrdən çıxarılmayacaq və sərnişinlər həmin yerləri yenə də əvvəlki kimi sərbəst şəkildə rezervasiya edə biləcəklər.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!