2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanın əsas makroiqtisadi göstəriciləri açıqlanıb.
“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə ümumi daxili məhsul (ÜDM) əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,7 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 2,9 faiz artım nümayiş etdirib. Bu dövrdə istehlak qiymətləri indeksi isə əvvəlki ilin eyni dövrünə nisbətən 5,6 faiz yüksəlib.
Bank sektorunda və dövlət borcunda da müsbət dinamika qeydə alınıb; oktyabrın 31-i vəziyyətinə xarici dövlət borcu illik müqayisədə 7,7 faiz azalaraq 4 milyard 481,2 milyon dollara enib, sentyabrın 30-u göstəricilərinə görə isə fiziki şəxslərin banklardakı əmanətləri 19,3 faiz artaraq 18 milyard 840,2 milyon manat təşkil edib. Bakıda online alış-veriş
Cəlalə Cəlalqızı
Telegram kanalımız