Müğənni Vəfa Şərifova oğlunun ad gününü qeyd edib.
“Yeni Sabah” xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında paylaşım edib. O, oğlunun doğum gününün sentyabrın 9-da olduğunu, lakin birlikdə qeyd etmək üçün bu günü seçdiklərini bildirib:
“Oğlumun ad gününü qeyd etdik. Əslində, doğum günü 9 sentyabr idi, amma bu gün birlikdə olmağa vaxtımız oldu və sevincimizi bu gün yaşadıq. pizza sifarişi
Allah bütün balaları, həmçinin mənim balamı sağlam, xoşbəxt, bəxtəvər böyütsün. Həyatda ən böyük arzum isə yaxşı insan, gözəl şəxsiyyət olmasıdır. Qəlbi gözəl, mərhəmətli, vicdanlı və ətrafına işıq saçan bir insan olsun. Bu yaşımda bir daha əmin oldum ki, xoşbəxt ana xoşbəxt övladlar böyüdür”.
Qeyd edək ki, ifaçı paylaşdığı kadrlarda qızının üzünü gizlədib.
Aydan Hacı
Telegram kanalımız