Vətəndaşlar evdə koronavirus testindən keçiriləcək? -  RƏSMİ CAVAB
04 Apr 2020 17:13
1088

Vətəndaşlar evdə koronavirus testindən keçiriləcək? - RƏSMİ CAVAB

Daxili İşlər Nazirliyi (DİN) “WhatsApp”da guya həkimlərin polislərlə birlikdə evlərə gələrək vətəndaşları koronavirus testindən keçirəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, DİN-in mətbuat xidmətin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Əhalinin təşvişinə səbəb olacaq yalan və uydurma məlumat yayan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlar”, - deyə E. Zahidov vurğulayıb.

Oxşar xəbərlər