Xalq artisti başqa xəstəxanaya köçürüldü

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti başqa xəstəxanaya köçürüldü

Hadisə

25 Avqust 2026 14:07 97


Xalq artisti Şükufə Yusupova Yeni Klinikaya təxliyə olunub.

"Yeni Sabah" oxu.az-a istinadla xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

“Avqustun 21-də Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü şəxs (qadın) daha ixtisaslı tibbi xidmət almaq üçün avqustun 24-də Yeni Klinikaya təxliyə olunub. Hazırda onun müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”, – deyə məlumatda qeyd edilir. pizza

Xatırlatma: avqustun 21-i “İçərişəhər” metrostansiyasının yaxınlığında yolu qarşı tərəfə keçərkən piyada keçidində Xalq artisti Şükufə Yusupovanı maşın vurub.

Hadisə saat 18:00 radələrində Həsən Seyidbəyli küçəsində qeydə alınıb.

Həsən Hüseynli idarə etdiyi "77-UD-238" dövlət qeydiyyat nişanlı "Nissan Note" markalı minik avtomobili ilə Xalq artisti Şükufə Yusupovanı vurub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!