Əməkdar artist Şövqi Hüseynov incəsənət xadimlərinə fəxri adların verilməsi məsələsindən danışıb.
“Yeni Sabah” xəbər verir ki, o, “Qapqara” verilişində titulların sənətə verilən qiymət olduğunu bildirib:
“Bu titullar dövlətin verdiyi qiymətdir. Son zamanlar ləğv olunduğu deyilir. Məncə, bunun bir alternativi olmalıdır. Bu, mənim rolumun üstünə rol gətirməyəcək, ancaq alternativi olmalıdır. Xalq artisti olmursa, başqa bir ad verilməlidir. Sezar pizza
Elə bir məqam gəlib çatır ki, orada ancaq Xalq artistləri oturur. O vaxtı Akademik Milli Dram Teatrında belə bir şey baş verib. Qastrola gedəndə gəlib deyiblər ki, xalq artistləri birinci sırada, əməkdar artistlər ikinci sırada otursun. Sıravi aktyorlar da deyib ki, biz ne edək, Avtobusun dalınca qaçaq?! Yoxdursa, eybi yox. Titullara bağlı adam deyiləm”.
Aydan Hacı
Telegram kanalımız