Xalq artistinin son vəziyyəti açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Xalq artistinin son vəziyyəti açıqlandı

Hadisə

23 Avqust 2026 13:19 868


2 gün əvvəl Kliniki Tibbi Mərkəzə qəbul olunan 1954-cü il təvəllüdlü şəxsin (Xalq artisti Şükufə Yusupova - red.) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd danışıb.

O bildirilib ki, Xalq artistinin vəziyyəti ağır qiymətləndirilir. Dominos pizza

Avqustun 21-i “İçərişəhər” metrostansiyasının yaxınlığında yolu qarşı tərəfə keçərkən piyada keçidində Xalq artisti Şükufə Yusupovanı maşın vurub.

Hadisə saat 18:00 radələrində Həsən Seyidbəyli küçəsində qeydə alınıb.

Həsən Hüseynli idarə etdiyi "77-UD-238" dövlət qeydiyyat nişanlı "Nissan Note" markalı minik avtomobili ilə Xalq artisti Şükufə Yusupovanı vurub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib. Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir, müalicəsi Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!