Xankəndidən necə ev ala bilərik? – Şərtlər...

saytların hazırlanması

Evə çatdırılma

Xankəndidən necə ev ala bilərik? – Şərtlər...

Sosial

05 May 2023 08:57 8352


Aprelin 23-də Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulmasını başa çatdırıb və lazımi infrastrukturla təchiz edib. Bununla da ermənilərin Qarabağa gizli şəkildə silah-sursat, hərbi texnika və canlı qüvvə gətirməsinin qarşısı alınıb.

Sərhədin nəzarətə götürülməsindən sonra Qarabağda yaşayan bəzi erməni sakinlər Azərbaycan ərazilərini tərk etməyə başlayıblar. Bu məqsədlə onlar evlərini avadanlıqları ilə birlikdə satışa çıxarıblar. Lakin hələlik alıcı baxımından problem yaşanır.

Ermənilərə məxsus əmlak saytlarında Xankəndi və ətrafında yerləşən yüzlərlə əmlak – mənzil, ev, müxtəlif kommersiya obyektləri və torpaq sahələri satışa qoyulub. Evlərin satış qiyməti fantastik dərəcədə şişirdilib. Satış elanlarına nəzər yetirəndə görmək olar ki, əksəriyyəti “təcili”, “razılaşma mümkündür” başlığı ilə qeyd olunub. Xankəndidəki evlər və mənzillər əksərən içindəki əşya və avadanlıqlarla birgə satışa çıxarılıb. Pepperoni pizza

Azərbaycanlıların Xankəndidə yaşayan erməni sakinlərin mənzillərini alması ilə bağlı müxtəlif təkliflər səsləndirilir. İddialara görə, belə bir addımın atılması soydaşlarımızın Xakəndidə kompakt yaşamasına şərait yaradacaq. Bəs, bu proses necə həyata keçirilməlidir?

Milli Məclisin üzvü Fazil Mustafa AYNA-ya açıqlamasında deyib ki, Azərbaycan tərəfi Xankəndidə evləri və ya mənzilləri almaq istəyirsə, bunun üçün istinad mənbəyi olmalıdır: “İlk növbədə azərbaycanlılar Xankəndidə məskunlaşmalı, erməni sakinlər Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Bundan sonra hüquqi mexanizmlər, sənədləşdirmə işləri Azərbaycan tərəfindən həyata keçirilməlidir. Çox təəssüf ki, hazırda belə bir şərait və imkan yoxdur. Xankəndidə bütün idarələr ermənilərin nəzarətindədir”.

“Təbii ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra regionda yeni reallıq yaranıb. Həmin reallığın əsas şərtlərindən biri də erməni sakinlərin Azərbaycan vətəndaşlığını qəbul etməsi ilə bağlıdır. Azərbaycan tərəfi ən yüksək rəsmi səviyyədə onlara digər vətəndaşlarla bərabər hüquqlar altında yaşamaq zəmanəti verir. Hökumətimiz erməni sakinlərlə müzakirələr aparmaq üçün görüşlər təklif edir. Təəssüf ki, onlar bundan yayınırlar”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, erməni sakinlər Azərbaycan dövlətinə tabeçiliyi qəbul edərsə, bu halda Azərbaycan dövləti onlara alternativ yollar göstərə bilər: “Bu, digər hüquqlarla bağlı olduğu kimi, əmlak hüquqları ilə də bağlı olacaq. Hələlik onlar bunu etmirlər və etmədiklərinə görə də əmlak satışı üçün də real imkan yoxdur. Çünki Xankəndi Azərbaycan şəhəridir və Azərbaycan dövlətinin reyestri aparılmadan orada hər hansı mənzilin rəsmiləşdirilməsi hüquqa ziddir”.

“Bu evləri alacaq erməniləri də tapmaq çətindir. Çünki artıq erməni milyonçuları da Xankəndidə ev, mənzil almağa meylli deyillər. Anlayırlar ki, işğalçılıq siyasəti nəticəsizdir və bu bölgələr artıq Azərbaycanın tam nəzarəti altındadır”, - deyə Mustafa vurğulayıb.

Hüquqşünas Əkrəm Həsənov da AYNA-ya şərhində söyləyib ki, Xankəndidəki mülkləri ala bilmək üçün hüquqi baza yaradılmalıdır: “Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Xankəndidə yaşayan ermənilər bu müddət ərzində özlərini erməni kimi hiss ediblər. Sırf siyasi nöqteyi-nəzərdən bu, bizim üçün əlverişlidir. Yəni, Azərbaycan hökumətinin və azərbaycanlıların Xankəndidə evlər alması, əmlak sahibi olması yaxşı olardı. Çünki erməni sakinlərin Azərbaycan vətəndaşlığını qəbul edib, burada yaşaması optimal variant deyil. Bu, o demək deyil ki, onlara hər hansı təhlükə var. Heç bir təhlükədən söhbət gedə bilməz. Əksinə, Azərbaycan tərəfi onlara ən yüksək səviyyədə zəmanət verir. Onlar Azərbaycanın nəzarəti altında olan Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsindən keçərək rahat şəkildə hərəkət edə bilirlər”.

“Lakin 30 ildən artıqdır ki, onlar özlərini Azərbaycana aid hesab etmirlər. Psixoloji cəhətdən bu, onlara çətinliklər yaradır. Bunu nəzərə alaraq Ermənistana və digər ölkələrə köçmək istəyirlər. Təbii ki, gedəndə də pulla getmək istəyirlər”, - deyə həmsöhbətimiz diqqətə çatdırıb.

Ekspertin dediyinə görə, Xankəndidə azərbaycanlıların əmlak sahibi olması üçün müəyyən addımlar atılmalıdır: “Bunun üçün ilk növbədə hüquqi normalar müəyyən olunmalıdır. Onlar bu günə qədər bu evlərə hüquqa və qanuna zidd formada sahib olublar. Çünki Xankəndi Azərbaycan şəhəridir. Erməni sakinlər isə bu evləri Azərbaycan dövlətinin rəsmi razılığı olmadan əldə ediblər”.

“Dövlət reyestrindən çıxarış, qeydiyyat olmalıdır. Qanunlarımıza görə, daşınmaz və daşınar əmlakın alqı-satqı müqaviləsi notarial qaydada təsdiq olunmalıdır. Bunun üçün müəyyən mexanizmlər işlənib hazırlana bilər. Mövcud şəraitdə bunu tənzimləmək üçün keçid qanun layihəsi qəbul edilə bilər”, - deyə Həsənov fikrini yekunlaşdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Samid
    Salam mən İsmayılov Samid Lənkaran rayonunun qurunba kənd sakiniyem, hal hazırda ata yurdunda yaşayıram bəz səbəblərdən,Xankendi şeherinde könullu olaraq yaşamaq istəyirəm. Dövlət tərəfindən necə evlə təmin oluna bilərəm?!
    1 month ago
  • Ezimi
    Xankəndində Ev ala bilərəm evim yoxdu yaşamağa ucun
    2 months ago
  • Kamil
    Salam hər vaxdıvız xeyir mexanikəm maşın usdası matarist xankəndində yaşayıb fəaliyət gösdərmək isdəyirəm özümdə Çaçın qaçqınıyam ama 30 ildən artığdı evlə təmin olunmamışığ kvartirant qalıram bakıda orda evlə təmin edlib ordada öz ixtisasım üzrə könüllü işləməy isdiyirəm xaiş edrəm nəzərə alıb köməklik edəsiz
    4 months ago
  • Səadet
    Salam mən Salahova Səadet yoldaşım 1 ci qurup elildi və aztəminatlı aləyik evsizik 2 uşağım var Xankəndindən necə ev ala bilərəm
    7 months ago
  • Səadet
    Salam mən Salahova Səadet yoldaşım 1 ci qurup elildi və aztəminatlı aləyik evsizik 2 uşağım var Xankəndindən necə ev ala bilərəm
    7 months ago
  • Elçin
    Salam mən Xankəndində necə ev ala bilərəm
    7 months ago
  • Şəhanə
    Salam. Mən Hacıyeva Şəhanə Sahib qızı Naftalan şəhərində kirayədə yaşayıram Xankəndindən necə ev almaq olar
    8 months ago
  • İntiqam
    Salam mən Salahov İntiqam Bahatur oğlu .hal hazırda Laçinlar üçün salınan qəsəbədə yaşiyiriq . Mende istiyirem ki Xankəndindən menide evlə təmin edesiz.
    9 months ago
  • Rza
    Salam.mən Əsgərov Rza Ilyas oglu subayam Laçında işləyirəm burda işim yekunlaşir işsiz olacam mənə köməklik göstərə bilərsiniz? Xankəndidə könüllü yaşamaq və Xankəndində işləmək istəyirəm. Xahiş edirəm məni işle və ev ile temin ederdiz. Evimdə yoxdur Valdiyenlerimde yoxdur
    11 months ago
  • Rza
    Mənim evim maşınım heçneyim yoxdur Xankendindən ev istəyirəm
    11 months ago
  • Arzu
    Salam Həyat yoldaşım və mən işsizlik.Xankəndində yaşamaq və işləmək üçün hara müraciət etməliyəm? Xahiş edirəm bu barədə mənə məlumat verəsiniz.
    1 year ago
  • Arzu
    Salam Həyat yoldaşım və mən işsizlik.Xankəndində yaşamaq və işləmək üçün hara müraciət etməliyəm? Xahiş edirəm bu barədə mənə məlumat verəsiniz.
    1 year ago
  • Arzu
    Salam Həyat yoldaşım və mən işsizlik.Xankəndində yaşamaq və işləmək üçün hara müraciət etməliyəm? Xahiş edirəm bu barədə mənə məlumat verəsiniz.
    1 year ago
  • Məhyəddin
    Salam Mən Müslümzadə Məhyəddin Ədalət oğlu Əslən Kəlbəcər rayonundanam Mingəçevir şəhərində kirayədə yaşayıram Xankəndi şəhərində işləyirəm və burada könüllü olaraq ailəmlə birgə yaşama istəyirəm.Xaiş edirəm bu barədə mənə köməklik gösdərəsiniz
    1 year ago
  • Ramile
    Salam.Men Kerimova Ramile Fuzuli rayonundanam Xankendinde kinullu yasamag istiyirem.aikemle birge
    1 year ago
  • Nicat
    Salam Mən Kərimov Nicat Asif oğlu Xankəndi şəhərində könüllü yaxşamağ və Arçlığ fəaliyyətmi davam elədirməy istiyirəm, Xaiş edirəm müraciətimə baxasız
    1 year ago
  • Valeh
    Laçında işləyirəm Xankəndində ev istəyirəm
    1 year ago
  • Ferhad
    Salam hər vaxdınız xeyir mən zeynalov ferhad Volodiya oğlu şəmkie Rayonunda yaşayıram ve kiraya yaşayıram məb isdeyirem Xankendinde həm ev götrem həmdə orada işləyəm mənə bu barede köməyni lazımdı
    2 years ago
  • Vusal
    Salam Mən Abdullazadə vusal Taryel bərdə rayonu alpoud kend sakini yaşayış yeri olmadığına görə Xankəndi şəhərində könüllü yaşamaq isdeyirem, xaiş edirem muracietime baxarsız
    2 years ago
  • Asəf
    Salam xankəndində ev necə ala bilərəm.
    2 years ago