Xəbərdarlıq: Hava dəyişəcək, külək, yağış...

saytların hazırlanması

Evə çatdırılma

Xəbərdarlıq: Hava dəyişəcək, külək, yağış...

Sosial

14 İyul 2023 15:50 867


Milli Hidrometeorologiya Xİdməti xəbərdarlıq yayıb.

Yenisabah.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında iyulun 16-dan 17-si səhərədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.  16-sı əsasən səhər və axşam, 17-də arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli  intensiv olacağı ehtimalı var.Havanın temperaturu ötən günlərlə müqayisədə  5-8° aşağı enərək, 17-də gündüz 22-27° isti olacaq. 

Azərbaycanın rayonlarında Bir neçə gün davam edən mülayım hava şəraitindən sonra iyulun 16-sı qərb rayonlarından başlayaraq 18-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir  leysan xarakterli yağış yağacağı gözlənilir. pizza hut

Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-aran, Dağlıq-Şirvan, Lənkəran-Astara bölgələrində yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!