Yeni virus qalmaqalı – Ölənlərin sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Yeni virus qalmaqalı – Ölənlərin sayı açıqlandı

Dünya

17 Oktyabr 2026 22:26 105


Avropada ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusuna yoluxma halları rekord səviyyəyə yüksəlib. İnfeksiya nəticəsində 130 nəfər həyatını itirib.

“Yeni Sabah” xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin məlumatına görə, oktyabrın 7-dək Avropa İttifaqı ölkələrində 1715 yerli yoluxma qeydə alınıb.

Ən çox yoluxma İtaliyada – 748 nəfərdə aşkarlanıb. Niderlandda 59, Belçikada isə 15 yoluxma müəyyən edilib. pizza mizza

Mütəxəssislər bildirirlər ki, yoluxma riskinin tam aradan qalxdığını demək olmaz. Virus əsasən ağcaqanad dişləməsi ilə yayılır. Yoluxanların əksəriyyətində əlamətlər müşahidə olunmasa da, bəzi şəxslərdə qızdırma, baş və əzələ ağrıları yarana bilər. Nadir hallarda isə virus sinir sisteminə ciddi zərər verə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!