Xəyali dost: uşaqların ilk təxəyyül məhsulu

Xəyali dost: uşaqların ilk təxəyyül məhsulu

Maraqlı Veb saytların hazırlanması

12 Fevral 2024 16:40 1665


Xəyali dostlar azyaşlı uşaqların öz şüurlarında yaratdıqlarıdır. Ailələr vəziyyətdən narahat olsalar da, bu, düşündükləri qədər narahatedici deyil.

Yenisabah.az xəbər verir ki, mütəxəssislərin fikrincə, uşaqların təxminən 40-60 faizi xəyali dosta sahib ola bilər. Bu görünməz dostu zehinlərində təsəvvür edərkən, onlar bildikləri xüsusiyyətləri bir araya toplayırlar. Amma onlar hətta “günah keçisi” də ola bilər.

Bəs, uşaqlara xəyali dostlar niyə lazımdır?

Xüsusilə, 3-7 yaş aralığında baş verən bu vəziyyəti psixoloqlar belə açıqlayır:

“Xəyali dost - uşağın istədiyi yerdə olan, istədiyi oyunu oynayan, onu qeyd-şərtsiz qəbul edən dostdur. O, övladınızın təxəyyülünü inkişaf etdirir. Araşdırmalar göstərir ki, xəyali dost tənhalıqla əlaqəli deyil. Xəyali dostlar geniş dost çevrəsi olan uşaqlarda da görünə bilər. Bu, psixoloji problem kimi yox, inkişafın bir pilləsi kimi qiymətləndirilməlidir. Hər uşaqda olmasa da, bəzən bəzi uşaqlarda müşahidə olunur”.

Psixoloqlar uşaqların inkişafında 6 yaşına qədər reallıq və təxəyyül arasındakı fərqin aydın olmadığını bildirib:

"Travma qurbanı olan və ya şiddətli qorxuları olan uşaqlarda xəyali dostlar inkişaf etdirmək mübarizə aparmaq bacarığı hesab olunur. Eyni zamanda, uşaqların dəstəyə ehtiyaclarına cavab olaraq və emosional tənzimləmə vasitəsi kimi xəyali dostlar inkişaf etdirə bilərlər. Bu iki anlayış çox vaxt bir-biri ilə qarışdırılır. 7 yaşından sonra reallıq və təxəyyül arasındakı sərhədlərin aydınlaşmağa başladığını görürük. Bu iki anlayış bir-biri ilə qarışdırılır. Buna uyğun olaraq, 3-7 yaş arası xəyali dostların ən çox rast gəlindiyi dövrdür”.

Qeyd edək ki, xəyali dostlar çox vaxt 7 yaşından sonra yoxa çıxsa da, bəzi uşaqlarda bu vəziyyət bəzən yeniyetməlik dövrünə qədər davam edə bilir.

Nigar İlqarqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!