Yasamalda motosiklet oğurlayan üç yeniyetmə saxlanılıb.
Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu ərazisində gecə saatlarında bir nəfərə məxsus "Tufan" markalı motosiklet qaçırılıb. Sezar pizza
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən üç yeniyetmə motosikleti idarə edərkən saxlanılıb.
Araşdırma zamanı onların Abşeron rayonu ərazisində moped oğurladıqları da müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Aytac Əliyeva
Telegram kanalımız