Yazın soyuq havası qiymətlərə təsir edir? -   “Yayda meyvə-tərəvəz baha olacaq”

saytların hazırlanması

Evə çatdırılma

Yazın soyuq havası qiymətlərə təsir edir? - “Yayda meyvə-tərəvəz baha olacaq”

Sosial

19 May 2023 10:30 1320


“Hazırda bazarlara açıq şəraitdə yetişdirilən heç bir tərəvəz çıxarılmayıb. Bütün məhsullar – pomidor, xiyar, lobya, badımcan və digərləri hələ ki istixana məhsullarıdır. Lakin bəzi mövsümi meyvə-tərəvəzlər var. Hətta bəziləri nübar formasındadır, ona görə də qiymətləri bahadır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı Akif Nəsirli deyib.

O, yazın hər üç ayında havaların qeyri-sabit, əsasən, soyuq keçməsinə görə mövsümi məhsulların qiymətlərində bu il böyük artım olacağı ehtimalına münasibət bildirib:  Dominos pizza

“Havanın qeyri-sabitliyi təbii haldır. Lakin bunun kənd təsərrüfatı məhsullarının məhsuldarlığına elə də ciddi təsiri yoxdur. Məsələn, yağış yağırsa, bu, məhsula ciddi təsir etməyəcək. Çünki buğda çiçəklərinin tozlanma vaxtı keçib və artıq buğda dənə tutub. Burada söhbət ərzaq buğdasının yerli istehsalından gedir”.

O əlavə edib ki, istilik norması 10-15 dərəcədən aşağı düşməyib:

“Bu halda bitkilərin yerüstü hissəsinin inkişafı dayanmır. Əgər haradasa dolu yağıb və ya külək əsibsə, yerüstü hissələrin zədələnməsi mümkündür. Amma bu, məhsuldarlığa elə də ciddi təsir etmir.

İnşallah, yayda mövsümi məhsullar ucuzlaşacaq. Amma ötənilki qiymətlər olmayacaq. Çünki digər məhsullar il ərzində 2 dəfə bahalaşıb. Deməli, kənd təsərrüfatı məhsulları da ötən ilə nisbətən təxminən 1,5-2 dəfə baha olacaq. Tutaq ki, xiyarı mövsüm dövründə 20-30 qəpiyə alırdıqsa, indi onu 50-60 qəpiyə alacağıq. Yəni qiymət keçənilki səviyyəyə düşməyəcək, amma bu, havanın təsiri ilə olmayacaq. Bu, ümumən istehlak bazarındakı qiymətlərin təsirindən olacaq.

Bir sözlə, ötənilki yayı görəcəyik, ötənilki qiymətləri, təəssüf ki, yox”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!