“Yelo Bank”dan əmanətçilərə PİS XƏBƏR - Faizlər KƏSKİN ENDİRİLDİ

saytların hazırlanması

Evə çatdırılma

“Yelo Bank”dan əmanətçilərə PİS XƏBƏR - Faizlər KƏSKİN ENDİRİLDİ

İqtisadiyyat

20 Oktyabr 2026 15:14 145


“Yelo Bank” ASC oktyabrın 15-dən etibarən “Yelo Yığım” əmanət məhsulu üzrə manatla yerləşdirilən vəsaitlərə tətbiq olunan illik faiz dərəcələrini azaldıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Plat.az-a bankdakı mənbədən bildirilib. 

Belə ki, əvvəllər manatla yerləşdirilən əmanətlər üzrə faizlərin aylıq ödənilməsi halında illik gəlirlilik 9,5%, müddətin sonunda ödənilməsi halında isə 10% təşkil edirdi. pizza sifarişi

Yeni şərtlərə əsasən, bu göstəricilər müvafiq olaraq 7% və 7,5%-ə endirilib.

Beləliklə, bank manat əmanətləri üzrə illik faiz dərəcələrini 2,5 faiz bəndi azaldıb.

Dəyişiklik 12, 18 və 24 aylıq əmanətlərin hər üçünə şamil olunur.

ABŞ dolları ilə yerləşdirilən əmanətlər üzrə faiz dərəcələri isə, dəyişməz saxlanılıb.

Faizlərin azaldılması əmanətçilərin gəlirlərinə necə təsir edəcək?

Yeni tariflər əmanətçilərin gəlirlərini əhəmiyyətli dərəcədə azaldır.

Məsələn, 10 min manat məbləğində əmanət 12 aylıq müddətə yerləşdirildikdə, faizlərin müddətin sonunda ödənilməsi şərti ilə əvvəlki illik gəlir 1 000 manat olduğu halda, yeni tariflə bu məbləğ 750 manata düşür.

Beləliklə, əmanətçinin illik faiz gəliri 250 manat, yaxud 25% azalır.

20 min manatlıq əmanət üzrə illik gəlir itkisi 500 manat, 50 min manatlıq əmanət üzrə isə 1 250 manat təşkil edir.

Bankın qərarı nə ilə bağlı ola bilər?

Faiz dərəcələrinin azaldılması bankın manatla cəlb etdiyi vəsaitlərin maya dəyərini aşağı salmağa yönəlmiş addım kimi qiymətləndirilə bilər. Bununla belə, bankın qərarının konkret səbəbi barədə rəsmi açıqlama müəyyən edilməyib.

Bankın açıqladığı 2026-cı ilin doqquz aylıq maliyyə nəticələrinə əsasən, fiziki şəxslərin əmanətləri ilin əvvəlindən 15 milyon manat artaraq 946 milyon manata, ümumi əmanət portfeli isə 1 milyard 91 milyon manata çatıb. 

Bu göstəricilər fonunda depozit faizlərinin aşağı salınması bankın daha ucuz maliyyələşmə mənbələrinə üstünlük verməsi ehtimalını gündəmə gətirir.

Xatırladaq ki, Yelo Bank 1994-cü ildə yaradılıb. Bankın nizamnamə kapitalı 378 milyon manat təşkil edir. Bankın əsas səhmdarı Marina Kulişovadır. Onun bankdakı payı 98,94%, İdarə Heyətinin sədri Anar Həsənovun payı 0,96%, “İSR Holdinq” MMC-nin payı isə 0,1% təşkil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!