Yenə bir tərəf iclasa gəlmədi - “Çıxış yolu Nizamnaməyə uyğun sədr seçkisi keçirməkdir”

saytların hazırlanması

Evə çatdırılma

Yenə bir tərəf iclasa gəlmədi - “Çıxış yolu Nizamnaməyə uyğun sədr seçkisi keçirməkdir”

Mədəniyyət

30 İyul 2026 17:37 106


Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvlərinin iclası keçirilib.

“Yeni Sabah” xəbər verir ki, AKİ bununla bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunub: Marqarita pizza

“Təəssüflə qeyd edirik ki, İdarə Heyətində olan bəzi həmkarlarımızın məsuliyyətsiz addımları nəticəsində təşkilatımızın hüquqi statusu təhlükə altındadır. Təşkilatın vergi səhifəsi bağlanıb, əmək müqavilələrinin yenilənməsi mümkünsüz olub, layihələrin icrası səngiyib.

Bir daha bəyan edirik, vəziyyətdən yeganə çıxış yolu Nizamnamənin tələbinə uyğun olaraq konfransda sədr seçkisi keçirməkdir. Konfransın keçirilmə tarixinin uzadılması təşkilatımızı ləğv perspektivi ilə üz-üzə qoyur.

AKİ-nin birinci katibi və icraçı katibindən Konfransın sentyabrın 5-dədən gec olmayaraq keçirilməsi üçün təşkilati addımların atılmasını tələb edirik”.

Xatırlatma: 3 gün əvvəl AKİ bəyanat yayaraq qurumda yaranmış böhran vəziyyəti və sədr seçimi ilə bağlı qurultayın tarixini müəyyənləşdiriləcəyini bəyan edib.

Mayın 26-da keçirilən və Əli İsa Cabbarovun sədr seçilməsi ilə bitən qurultayda qəbul olunan qərarlar Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənməyib.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!