Yeni il hədiyyələri ilə bağlı   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Yeni il hədiyyələri ilə bağlı XƏBƏRDARLIQ

Sosial

01 Yanvar 2023 17:24 1409


Yeni illə əlaqədar içərisində qida məhsulları olan hədiyyə qutularına da maraq artır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi vətəndaşları satışa çıxarılan belə hədiyyə qutularını alarkən diqqətli olmağa çağırır. 

Agentlikdən Yenisabah.az-a bildirilib ki, ilk növbədə Yeni il üçün hazırlanan hədiyyə qutularının üzərində qeyd olunan istehsal və son istifadə tarixinin qutunun içərisinə yerləşdirilən qida məhsullarına aid olmadığını bilmək vacibdir.

İstehlakçılar belə məhsulları alarkən qida məhsulunun çeşidindən asılı olaraq adı, tərkibi, miqdarı (kütlə, həcm), istehsal və son istifadə tarixi, saxlanma şərtləri, istehsalçının adı və ünvanı, istifadəyə dair tövsiyələr və ya məhdudiyyətlər, qida dəyəri göstəriciləri kimi məlumatlara diqqət yetirməlidirlər. Dominos pizza

Agentlik vətəndaşlardan Yeni illə əlaqədar hazırlanan hədiyyə qutularında istifadə edilən qida məhsullarının tərkibi, istifadə müddəti, saxlanma şəraiti və digər məsələlərlə bağlı şübhələri olduğu halda, “1003-Çağrı Mərkəzi”nə məlumat verməyi xahiş edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!