“Bu ilin mart ayında cənab Prezident İlham Əliyev tərəfindən əfv sərəncamı imzalanıb. Əlbəttə, ölkə başçısı konstitusion səlahiyyətilərinə görə, nə vaxt istəsə, əfv sərəncamı imzalaya bilər. Adətən, il ərzində bir əfv sərəncamı olur”.
Yenisabah.az Pravda-y istinadla xəbər verir ki, bunu “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.
O, Yeni il və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində məhkum edilmiş bir sıra şəxslərin əfv edilməsi ilə bağlı Prezident Sərəncamının olacağı barədə iddialara münasibət bildirib: Marqarita pizza
"Hazırda əfvlə bağlı iclaslar keçirilmir. Bu ilin sonunda əfv sərəncamı olacağını güman etmirəm. Çünki tez-tez əfv sərəncamlarının verilməsi cinayət-hüquq siyasətinin həyata keçirilməsi baxımından məqsədəuyğun sayılmır”.
Telegram kanalımız