“Yeni Sabah” xəbər verir ki...  - 4 İL

“Yeni Sabah” xəbər verir ki... - 4 İL

Sosial

25 Yanvar 2023 09:48 693


Bu gün “Yeni Sabah” xəbər saytının fəaliyyətə başlamasının 4 ili tamam olur.

Sayt 2019-cu il yanvarın 25-də həyata vəsiqə alıb. Yenisabah.az-ın fəaliyyətə başladığı dövr ölkədə yüzlərlə xəbər portalının mövcud olduğu, internet media resursları arasında kəskin rəqabətin getdiyi zamana təsadüf etsə də, qısa müddət ərzində tanına, sayılıb-seçilə bilib. 

“Yeni Sabah” hadisələrə fərqli baxışı, tərəfsiz yayım siyasəti ilə seçilən bir xəbər saytdır. “Yeni Sabah” özüməxsus informasiya siyasəti yürüdən, öz açdığı cığırla irəliləyən media resursudur. Fəaliyyətə başladığı ilk gündən saytda cəmiyyətin bütün sosial təbəqələrini marqlandıracaq xəbərlər, müsahibələr, araşdırma və açıqlamalar yayımlanır. 

“Yeni Sabah” bu gün ölkənin oxunaqlı saytlarından biridir və buna görə bütün oxucularımıza təşəkkür edirik! 

Biz birlikdə böyüyürük!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!