“Yeni tikililərin interyerlərində hansı fırıldaqlar baş verir” - MEMAR

saytların hazırlanması

Evə çatdırılma

“Yeni tikililərin interyerlərində hansı fırıldaqlar baş verir” - MEMAR

Sosial

29 May 2025 11:29 356


“Maraqlıdır ki, yarım milyard manatdan artıq təsdiqlənmiş nəhəng smeta dəyərinə baxmayaraq, tikinti zamanı binaların fasadları “sadələşdirilir”, əvvəlcədən razılaşdırılmış layihədən kənara çıxılır – bu isə xüsusilə çoxsaylı, əksəriyyəti də olduqca baha başa gələn fasad detallarda aydın hiss olunur, onlar yoxdur”.

Yenisabah.az xəbər verir ki, bu barədə tanınmış memar Elçin Əliyev öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, yeni tikililərin interyerinə peşəkar mütəxəssislər tərəfindən heç bir nəzarət yoxdur:

“Təsəvvür edirəm, yeni tikililərin interyerlərində hansı fırıldaqlar baş verir – bu sahədə professional mütəxəssislər tərəfindən heç bir nəzarət yoxdur. Amma tikintinin smeta dəyəri əvvəlki kimi qalır, hətta artır. Bəs "qənaət edilən" bu fərq hara gedir?”

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!