Yol polisindən hava ilə bağlı sürücülərə xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Yol polisindən hava ilə bağlı sürücülərə xəbərdarlıq

Sosial

17 Aprel 2023 12:02 631


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib.​ 

İdarədən Yenisabah.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən aprelin 17-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı gözlənilir. 

"Gecə və səhər saatlarında daha çox müşahidə olunan dumanlı hava digər hərəkət iştirakçılarının, eləcə də nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini və ara məsafəsini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb edilir", - məlumatda qeyd olunub.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!