ABŞ-də yollarda yeni nişan sürücülərin marağına səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, ağ fonda qırmızı dairə və üzərindən xətt çəkilmiş baş barmaq işarəsi olan nişan əsasən yüksək təhlükəsizlikli həbsxanaların ətrafındakı yollarda quraşdırılır. Nişanın mənası isə olduqca sadədir: həmin ərazidə maşın saxlamaq və avtostopla sərnişin götürmək qadağandır.
Bu qaydanın əsas məqsədi həbsxanadan qaçan məhbusların yoldan keçən avtomobilləri saxladaraq ərazidən uzaqlaşmasının qarşısını almaqdır. Bununla yanaşı, sürücülərin soyulması və ya girov götürülməsi kimi təhlükələrin də qarşısının alınması hədəflənir. Nişanlar həmçinin yol təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Sürətli hərəkətin olduğu yollarda insanların yol kənarında dayanması və avtomobillərin qəfil saxlaması qəza riskini artıra bilər. pizza hut
Bu səbəbdən nişanın quraşdırıldığı ərazilərdə sürücülərə tanımadıqları şəxsləri avtomobillərinə götürməmələri və yol kənarında dayanmamaları tövsiyə olunur.
Polis əməkdaşları da belə ərazilərdə nəzarəti gücləndirərək həm mümkün cinayətlərin, həm də yol qəzalarının qarşısını almağa çalışırlar.
Əsmətxanım Rzazadə
Telegram kanalımız