İnsanlar hələlik tam məzuniyyətə çıxmayıb. Şəhərdə isə sıxlıq insan baxımından çoxdur. Hər zaman rayonlardan Bakıya axın çox güclü olub. Demək olar ki, kəndlər demoqrafik baxımdan xeyli boşalıb. Çünki mütləq əksəriyyət işlə bağlı paytaxta axışır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
Müsahibimiz isti yay aylarında Bakıda olan sıxlığın səbəblərindən söz açıb. Sezar pizza
O, bunu bir neçə səbəblə izah edib:
“Əslində, bu, o deməkdir ki, regionlarda məşğulluq məsələlərinə ciddi önəm verilməli, eyni zamanda şəhərlə kənd arasında fərq minimuma çatdırılmalıdır ki, kənddən şəhərə axının qarşısı alınsın. Yəni həm asudə, həm də mənəvi həyatın təminatı baxımından kənddən şəhərə axın azalmalı, insanlar bölgələrdə məmnun olmalıdır ki, onlar kəndlərdə öz həyatlarını qurub yaşasınlar”.
“İnsanlar sual edir ki, yay aylarında Bakıda niyə bu qədər çox adam var və rayonlara getmirlər? Bunun bir çox səbəbləri var. İlk səbəbi isə budur ki, bir çox müəssisələrdə işçilər hələ də məzuniyyətə çıxmayıblar. Yəqin ki, məzuniyyətə çıxandan sonra onlar həm rayonlarda, həm də digər ölkələrdə istirahət məkanları seçəcəklər”, - o, əlavə edib.
Sosioloqun fikrincə, digər bir mühüm məqam isə ondan ibarətdir ki, rayonlardakı qiymətlər istehlak səbətinə uyğun deyil:
“Bu, çox ciddi məsələdir. İkinci olaraq isə servis mədəniyyəti ilə bağlı bölgələrdə ciddi problemlər var. Çünki önəmli olan istirahət mərkəzlərinin varlığı yox, oradakı xidmət səviyyəsinin artırılmalısıdır. Çünki bu artırılsa, insanlarımız bölgələrimizə daha çox gedə bilər, nəinki başqa ölkələrə.
Azərbaycanda buna şərait var ki, turizmin müxtəlif növləri ölkədə inkişaf etsin. Hesab edirəm ki, bununla bağlı turizmin menecmentliyi çalışmalı və bu istiqamətdə addımlar atmalıdır. Üstəlik, onlar insanların imkanlarına uyğun qiymət zərfləri təqdim etməlidir”.
Rayonlara axının azalmasının səbəblərindən söz açan mütəxəssis aydınlaşdırıb ki, regionlardakı otel, yaxud gecələmək üçün kirayələnən evlərin qiymətləri imkanlara uyğun deyil:
“Ola bilsin ki, bəzi insanlar maddi baxımdan istirahətə önəm vermir, öz iqtisadi çətinliyini aaedan qaldırmaq istəyir. Lakin güman edirəm ki, yaxın vaxtlarda rayonlara axın daha çox artacaq. Bu isə daha çox məzuniyyət vaxtı ilə bağlı olan bir məsələdir. Ümumiyyətlə, turizmlə bağlı görüləsi çox işlər var. Dövlət turizm və istirahət mərkəzlərinə nəzarəti gücləndirməli, onların işlərində monitorinqlər aparmalıdır. Bu sahənin tənzimlənməyə çox böyük ehtiyacı var.
Sual edirəm, bu gün uşaqların neçə faizi istirahət düşərgələrinə gedə bilir? Ümumiyyətlə, uşaq düşərgələri yetərli sayda varmı? Eyni zamanda insanların neçə faizi istirahət vaxtından istifadə edə bilir? Bu baxımdan, belə imkanları hamı üçün müəsssər etmək lazımdır. Çünki biz sosial dövlətik və sosial dövlətin əsas prioriteti vətəndaşa xidmət üstündə qurulub”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız