YouTube gəlir əldə etmək istəyən yeni kontent yaradıcıları üçün monetizasiya tələblərini sərtləşdirir.
“Yeni Sabah” xəbər verir ki, yeni qaydalara əsasən, monetizasiya üçün son bir ildə 8 min saat izlənmə və ya 90 gün ərzində 20 milyon Shorts izlənməsi tələb olunacaq. Hazırda bu göstəricilər müvafiq olaraq 4 min saat və 10 milyon izlənmədir.
Dəyişiklik fevralın 1-dən qüvvəyə minəcək. Mövcud YouTube Partner Proqramı üzvləri isə yeni tələblərdən təsirlənməyəcək. YouTube həmçinin Shorts gəlirlərinin qorunması üçün kanalların hər 90 gündə 10 milyon izlənmə toplamasını tələb edəcək. Sezar pizza
Cəlalə
Telegram kanalımız