Müdafiə naziri Zakir Həsənov Qazaxıstanın müdafiə naziri general-leytenant Dauren Kosanova başsağlığı ünvanlayıb.
"Yeni Sabah" xəbər verir ki, başsağlığında deyilir:
“Xəzər dənizində təlimlər zamanı doqquz nəfər hərbi qulluqçunun dənizə düşərək həlak olması, bir nəfərin yaralanması, yeddi nəfərin itkin düşməsi barədə xəbər məni dərindən kədərləndirdi. Marqarita pizza
Bədbəxt hadisə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralanan hərbi qulluqçuya isə tezliklə sağalması üçün şəfa diləyirəm.
Axtarış-xilasetmə əməliyyatlarının müsbət nəticələr verəcəyi ümidindəyəm. Allah rəhmət eləsin”.
Xatırladaq ki, bu gün yerli vaxtla saat 11:10 radələrində Qazaxıstanın Xəzər dənizindəki hərbi təlimində 19 hərbçini dalğa aparıb. Onlardan 9-u həlak olub, 3-ü xilas edilib, qalan 7-nin axtarışları davam etdirilir.
Telegram kanalımız