Zaxarova: “Təxribatları dayandırın“

saytların hazırlanması

Evə çatdırılma

Zaxarova: “Təxribatları dayandırın“

Dünya

01 Avqust 2022 10:26 1229


“Moskva Priştinanı və onun dəstəkçiləri olan ABŞ və Aİ-ni təxribatları dayandırmağa və Kosovodakı serblərin hüquqlarına hörmət etməyə çağırır”.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Xatırladaq ki, Serbiya prezidenti Aleksandr Vuçiç ötən gün vətəndaşlara müraciətində deyib ki, avqustun 1-də gecə yarısı özünü Kosovo polisi adlandıran silahlı birləşmə bölgənin şimalında əməliyyat keçirib. Onlar Serbiya vətəndaşların “ölkəyə” girişinə mane olublar. pizza

Vuçiç Kosovo hakimiyyətini sülhü qorumağa çağırıb və Kosovoda serblərə qarşı aqressiv hərəkətlər olacağı təqdirdə “Serbiya qalib gələcək” xəbərdarlığını edib.

Qeyd edək ki, bundan əvvəl Serbiyanın Müdafiə Nazirliyi Kosovo və Metoxiya ərazilərinə hərbi qüvvələrin yerləşdirilməsi ilə bağlı xəbəri təkzib edib və dezinformasiya yaymamağa çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!