Zelenski Kiyevi niyə tərk etməyib? - “Prezident olmasaydım belə...“

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Kiyevi niyə tərk etməyib? - “Prezident olmasaydım belə...“

Dünya

15 Aprel 2022 09:52 671


Ukrayna prezidenti Vladimir Zelenski, Rusiya ilə genişmiqyaslı müharibə başlayandan bu cür təkliflər almasına baxmayaraq, niyə ölkəni tərk edərək, xaricə getmədiyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, o, bu barədə BBC -yə müsahibəsində bildirib.

"Ölkəmdə nə baş verdiyi məni maraqlandırmamalıl idi? Ukraynalıların başına gələnlər məni vecimə olmamalı idi? Mən onlardan biriyəm. Bundan necə imtina edə bilərəm? Bu mümkün deyil, sadəcə mümkün deyil. Mən belə düşünə bilməzdim. Prezident olmasaydım belə, ağlıma gətirməzdim. Yenə də Ukraynada olardım. Bütün bunları necə qoyub gedə bilərəm? İndi mənim üçün yüksək məsuliyyət olduğu halda bunu edə bilməzdim” - deyə dövlət başçısı bildirib. Dominos pizza

O, gedəcəyi halda Ukraynanın, düşmənin əlinə keçəcəyini ifadə edib.

"Bu, çox əməliyyatli idi. Əminəm ki, bu, ölkəmizdə sabitliyi pozan addımlardan biri olardı. Bu, parçalanma olardı. Bu, Silahlı Qüvvələrin, prezidentin və Ukrayna xalqının vahid mövqeyidir”, - deyə Zelenski bildirib.

Prezident həmçinin, Ukraynanın Rusiya ilə müharibədə qələbə çalacağına əmin olduğunu bildirib.

Cavad Salmanli


 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!