Zelenskidən gözlənilməz Putin təklifi: “Üçümüz görüşə bilərik”

saytların hazırlanması

Evə çatdırılma

Zelenskidən gözlənilməz Putin təklifi: “Üçümüz görüşə bilərik”

Dünya

23 Sentyabr 2026 14:49 155


Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla birlikdə görüşməyə hazır olduğunu açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, Zelenski Nyu-Yorkda Trampla görüşündən sonra keçirdiyi mətbuat konfransında Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün liderlər səviyyəsində danışıqların vacib olduğunu bildirib. Zelenski deyib ki, Trampla görüş zamanı müharibənin mümkün qədər tez başa çatdırılması üçün atıla biləcək addımlar müzakirə olunub.

O, Putinlə görüşməyə hazır olduğunu bildirərək Trampın ABŞ, Rusiya və Ukrayna liderlərinin iştirakı ilə üçtərəfli görüşün təşkilinə çalışa biləcəyini söyləyib. Pepperoni pizza

“Üçtərəfli görüşə hazıram, amma Putinin buna hazır olduğunu düşünmürəm. O, müharibəni bitirməyə hazır deyil”, - deyə Zelenski bildirib.

Ukrayna Prezidenti Tramp ilə görüşündə enerji obyektlərinə hücumların dayandırılması məsələsinin də müzakirə edildiyini açıqlayıb. Zelenski Ukraynanın qarşılıqlı enerji atəşkəsinə hazır olduğunu deyib. Onun sözlərinə görə, Rusiya Ukraynanın enerji infrastrukturuna hücumları dayandırarsa, Kiyev də Rusiyanın enerji obyektlərinə zərbələri dayandırmağa hazırdır.

Zelenski bildirib ki, Ukraynanın bu təklifi ABŞ tərəfindən Rusiyaya çatdırılacaq.

Görüş zamanı Ukraynada “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalına dair lisenziya məsələsi də müzakirə olunub. Zelenski daha əvvəl ABŞ-dən bununla bağlı istehsal icazəsi istədiklərini xatırladıb. O, Ukraynada “Patriot” raketlərinin istehsalına başlanmasının təxminən 1-1,5 il çəkə biləcəyini qeyd edib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!