1 gündə  3 oyun:  “Bunun tıxac problemi ilə bərabər...”

saytların hazırlanması

Evə çatdırılma

1 gündə 3 oyun: “Bunun tıxac problemi ilə bərabər...”

Sosial

10 Avqust 2023 11:17 1129


“Bir gündə 3 oyunun eyni şəhərdə keçirilməsi nadir hallarda baş verir. Çünki təsnifat oyunlarında çıxış edən eyni ölkə komandalarının bir şəhərdə ev oyunlarını keçirməsi, adətən, rast gəlinən hal deyil. Lakin bu, bizdən asılı olmayan səbəblərdir və püşkatmanın nəticələrinə görə ilk oyunlar Bakıya düşüb”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.

O, UEFA Avropa və Konfrans liqalarının üçüncü təsnifat mərhələsində avqustun 10-da Bakıda keçirilməsi planlaşdırılan 3 qarşılaşmanın nəqliyyatın hərəkətinə necə təsir edəcəyindən söz açıb. Toyuqlu pizza

Xatırladaq ki, UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Qarabağ” son Finlandiya çempionu olan “HJK” komandasını Tofiq Bəhramov adına Respublika Stadionunda, UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində isə “Neftçi” “Beşiktaş”ı “Neftçi Arena”da, “Sabah” isə Serbiya nəhəngi “Partizan”ı “Bank Respublika Arena”da qəbul edəcək.

Öz növbəsində, A. Əsədov qeyd edib:

“Oyunun təhlükəsizliyi, nəqliyyatın hərəkəti və s. məsələlərdə insanlarımıza tövsiyə edirəm ki, onlar bacardıqca ictimai nəqliyyatdan istifadə etsinlər. Ümumiyyətlə, şəxsi avtomobillərdə istifadə olunmasın. Onsuz da gündəlik tıxac problemimiz var, lakin bu gün ərzində imkan dərəcəsində nəqliyyat vasitələrindən az istifadə olunsun. Eləcə də oyunların keçiriləcəyi ərazilərə çalışıb avtomobillə gəlməsinlər”.

A. Əsədovun sözlərinə görə, marşrut xətlərinə əlavə nəqıliyyat cəlb edilməlidir:

“Eyni tendensiya London, İstanbul, Madrid və digər şəhərlərdə də ola bilər. Əslində, bunun mənfi tərəfi olduğu kimi, ölkənin tanınması baxımından üstünlüyü də böyükdür. Çünki Bakı tarixə düşəcək bir günü qeyd edir: 3 beynəlxalq dərəcəli bir oyun eyni şəhərdə keçirilir”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!