10 mindən çox şəxs qazsız qalacaq

saytların hazırlanması

Evə çatdırılma

10 mindən çox şəxs qazsız qalacaq

Sosial

30 Aprel 2026 18:38 677


Qazax rayonu, Daş Salahlı kəndində sabah saat 10:00-dan etibarən qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması aşkar olunmuş sızmaların aradan qaldırılması ilə əlaqədardır.

Qaz təchizatı işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

Qeyd edək ki, Qazax rayonunun Daş Salahlı kəndinin 10 mindən çox sakini var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!