“10 yaşımdan pul qazanmağa məcbur oldum”

saytların hazırlanması

Evə çatdırılma

“10 yaşımdan pul qazanmağa məcbur oldum”

Şou

12 Aprel 2025 09:13 210


Xanəndə Mirələm Mirələmov uşaqlıq illərini xatırlayıb.

Yenisabah.az xəbər verir ki, 36 yaşlı müğənni “Gün ortası” verilişində 10 yaşından işləmək məcburiyyətində qaldığını bildirib:

“Uşaqlıq yaşlarından işləməyə başladım. Beləcə, evə maddi dəstək edirdim. 10-12 yaşım vardı. Bu yaşımda belə çəkdiyim o yükü başa düşürdüm. Mənim üçün xoş olub. Əsas valideynlərimə az da olsa öz gücümlə maddi köməklik etmişəm. Dominos pizza

O zamanlar oxumurdum. Oxumağın nə olduğunu tam dərk etmirdim. Musiqili məktəbə gedir və onunla bərabər o işləri görürdüm. O zaman bunları dərk edib-etmədiyimi bilmirdim. Ruhən və cismən bu işi görmək məcburiyyətində idim. Artıq 11 yaşımda düşüncə olaraq böyüdüm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!