110 milyard dollarlıq nəhəng birləşmə

saytların hazırlanması

Evə çatdırılma

110 milyard dollarlıq nəhəng birləşmə

İqtisadiyyat

07 Oktyabr 2026 12:05 96


Dünya kino sənayesinin mərkəzi olan Hollivudda tarixi razılaşma əldə olunub. “Paramount Skydance” 110 milyard dollarlıq böyük sövdələşmə ilə “Warner Bros. Discovery” şirkətini öz heyətinə qatıb.

“Yeni Sabah”  xarici mətbuata istinadla xəbər verir ki, HBO, CBS, “DC Studios”, “Harry Potter” və “Game of Thrones” kimi nəhəng brendləri eyni çətir altında birləşdirən bu addım Hollivudda yeni güc mərkəzi formalaşdırıb. Los-Ancelesin ən böyük iki studiyasını bir araya gətirən bu birləşmə David Ellisonun təsis etdiyi "Skydance Corporation" adı altında fəaliyyətini davam etdirəcək.

Razılaşmaya əsasən, HBO, CBS, “Nickelodeon”, “Showtime”, “Comedy Central”, “DC Studios” və “Food Network” kimi bir çox məşhur kanal və studiyalar tək strukturda toplanıb. “Harry Potter”, “Game of Thrones” və “Üzüklərin hökmdarı” kimi əfsanəvi franşizalar “Paramount”un mövcud hit kataloquna daxil edilib. “Skydance”ın baş icraçı direktoru David Ellison sövdələşməni film sənayesi üçün tarixi addım adlandırıb. Şirkətin gündəlik əməliyyatlarına “Mattel”in keçmiş CEO-su İnon Kreyz rəhbərlik edəcək, strategiya və texnologiya sahəsinə isə D. Ellison nəzarət edəcək. Dördpendirli pizza

Razılaşmanın şərtlərinə görə, şirkətin hər il ən azı 30 film təqdim etməsi öhdəliyi qoyulub, süni intellektlə hazırlanan filmlərə sərt məhdudiyyətlər tətbiq edilib və çəkilişlərin müəyyən hissəsinin ABŞ-da aparılması tələbi irəli sürülüb.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!