Məktəbdə həyəcanlı anlar: Uşaqlar helikopterlə xəstəxanaya çatdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Məktəbdə həyəcanlı anlar: Uşaqlar helikopterlə xəstəxanaya çatdırıldı

Dünya

21 Noyabr 2026 18:33 59


Slovakiyanın qərbindəki Modra şəhərində pedaqoji məktəbdə zərərli maddənin sızması səbəbindən 40 nəfər xəstəxanaya yerləşdirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə TASR məlumat yayıb.

Bratislavadakı Milli Uşaq Xəstəlikləri İnstitutunun məlumatına görə, xəstəxanaya yerləşdirilənlər arasında 15-17 yaşlarında 25 yeniyetmə var. Məişət texnikası

Təhsil müəssisəsinin şagirdlərini və əməkdaşlarını təxliyə etmək üçün xilasedicilər, yanğınsöndürənlər və polis cəlb olunub. Bəzi zərərçəkənlər tibb müəssisələrinə sanitar aviasiya helikopterləri ilə çatdırılıblar.

Sızmanın səbəbi və şagirdlərlə məktəb əməkdaşlarının təsirinə məruz qaldığı maddənin növü hələlik müəyyən edilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!