Trampın İran planı üzə çıxdı -   TƏCİLİ

saytların hazırlanması

Evə çatdırılma

Trampın İran planı üzə çıxdı - TƏCİLİ

Siyasət

21 Noyabr 2026 18:36 133


ABŞ Prezidenti Donald Trampın İranın kimyəvi və bioloji silahlarla maraqlandığı barədə iddiası Vaşinqtonun Tehrana qarşı mümkün hərbi planları ilə bağlı müzakirələri yenidən alovlandırıb.

“Yeni Sabah” xəbər verir ki, politoloq Turan Rzayev bu barədə fikirlərini bölüşüb.

O bildirib ki, Tramp noyabrın 19-da “Fox News”a müsahibəsində İranın nüvə proqramından əlavə, kimyəvi qazlar və bioloji vasitələrlə də maraqlandığını iddia edib. Online alış-veriş

Politoloqun sözlərinə görə, ABŞ-İran gərginliyinin davam etdiyi bir vaxtda bu cür açıqlamaların səsləndirilməsi təsadüfi deyil. Onun fikrincə, kimyəvi və bioloji silahlarla bağlı iddiaların gündəmə gətirilməsi Vaşinqtonun İrana qarşı ciddi addımlar atmağa hazırlaşdığı və ya Tehranı bu yolla qorxutmaq istədiyi ehtimallarını artırır.

T.Rzayev qeyd edib ki, Tramp irəli sürdüyü iddiaları hələlik konkret sübutlarla əsaslandırmayıb. Bununla belə, bu ritorika ABŞ-ın xarici siyasətində əvvəllər də müşahidə olunan yanaşmanı xatırladır.

Politoloq 2003-cü ildə İraqa hərbi müdaxilə ərəfəsində ABŞ-ın Səddam Hüseyn rejimini kütləvi qırğın silahlarına malik olmaqda ittiham etdiyini xatırladıb. Həmin vaxt Vaşinqton İraqın kimyəvi və bioloji silah arsenalının beynəlxalq təhlükə yaratdığını bildirərək bunu hərbi müdaxilənin əsas arqumentlərindən biri kimi təqdim edirdi.

Lakin sonradan İraq Araşdırma Qrupunun hesabatı ölkədə iddia edilən kütləvi qırğın silahı ehtiyatlarının mövcudluğunu təsdiqləmədi. Buna baxmayaraq, İraqa hərbi müdaxilə edildi və Səddam Hüseyn hakimiyyətdən devrildi.

T.Rzayev hesab edir ki, hazırda İranla bağlı oxşar ritorikanın yenidən gündəmə gətirilməsi Tehrana qarşı hərbi-siyasi təzyiqin artırılmasına xidmət edə bilər.

Onun qənaətinə görə, Trampın əsas məqsədi hələlik İranı geri addım atmağa məcbur etmək, Tehran üzərində təzyiqi gücləndirmək və mümkün hərbi addımlar üçün siyasi zəmin formalaşdırmaqdır.

Politoloq düşünür ki, bu cəhdlər nəticə verməsə, İrana hərbi müdaxiləni əsaslandırmaq üçün irəli sürülən iddialar daha da ciddiləşə bilər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!