Bakıda 62 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.
“Yeni Sabah” Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Yolu qarşı tərəfə keçmək istəyərkən maşının vurduğu 1964-cü il təvəllüdlü Nuriyyə Abdullayeva ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır. Onlayn mağaza
Telegram kanalımız