15 yaşlı oğlan Kürdə batdı - Video
07 İyl 2020 19:49
286

15 yaşlı oğlan Kürdə batdı - Video

15 yaşlı gənc Kür çayının Kürdəmir rayonundan keçən hissəsində batıb.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Mollakənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2005-ci il təvəllüdlü Baxşıyev Salam İbrahimxəlil oğlu həmkəndlisi ilə Kürdə çimərkən batıb.

Hadisə yerinə Kürdəmir Rayon Polis Şöbəsinin və Aran Regional Sularda Xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub.

Hazırda meyitin tapılması istiqamətində işlər davam etdirilir.  /Report

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər