1,55 boyu ilə “Best Model” seçildi - Qalmaqal

1,55 boyu ilə “Best Model” seçildi - Qalmaqal

Şou

05 Dekabr 2022 17:30 819


Dekabrın 4-də baş tutan “Best Model of Azerbaijan 2022” yarışmasının finalında qalmaqal yaşanıb.  

Yenisabah.az olay-a istinadla xəbər verir ki, xanımlar arasında Lina Uzunun birinci olması digər iştirakçıların etirazı ilə nəticələnib və onları müsabiqəni boykot edərək zalı tərk ediblər.

Qızlar və təşkilat komitəsi arasında yaranan narazılıq böyüməyə başlayıb. 

İddia olunub ki, xanım qoyulan boy kriteriyalarına malik deyil və Azərbaycanda yaşamır. Qaydalara uyğun olaraq ən yaxşı model azərbaycanlı olmalıdır. Lakin, sözügedən xanımın Gürcüstan və Türkiyə mənşəli olduğu qeyd olunub. 

Sosial şəbəkələrdə final gecəsində meydana gələn gərginliklə bağlı video görüntülər də yayılıb. 

Mövzu barədə “Best Model of Azerbaijan 2022”nin milli direktoru Elxan Paşayevlə əlaqə saxlanmağa çalışılsa da, o, zənglərə cavab verməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!