16 yaşlı küçə ifaçısı 1 milyon qazandı – Yarışmanın qalibi oldu

saytların hazırlanması

Evə çatdırılma

16 yaşlı küçə ifaçısı 1 milyon qazandı – Yarışmanın qalibi oldu

Maraqlı

24 Sentyabr 2026 10:45 124


“America’s Got Talent” şousunun 21-ci mövsümünün qalibi açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, qalib 16 yaşlı Taylandlı rok ifaçısı Nene Royal olub. O, tamaşaçıların səsverməsi nəticəsində birinci seçilib və 1 milyon dollar mükafat qazanıb.

Nene Royal müsabiqədə ilk çıxışından etibarən münsiflərin diqqətini çəkib. Gənc ifaçı “The Cranberries” qrupunun “Zombie” mahnısını ifa edərək həm vokalı, həm də gitara ifası ilə böyük rəğbət qazanıb. Dominos pizza

Finalda isə o, “The White Stripes” qrupunun məşhur “Seven Nation Army” mahnısını səsləndirib.

Finalda sehrbaz Geno Ploeger ikinci, Hundred Fingers qrupu üçüncü, Royal Lasers dördüncü, Veronika Goroshkova isə beşinci olub.

Final gecəsində ötən mövsümün qalibi Cessika Sançez də səhnəyə çıxıb.

Aydan Hacı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!