1,8 milyard manatlıq borc bağlanıb - Nazir

saytların hazırlanması

Evə çatdırılma

1,8 milyard manatlıq borc bağlanıb - Nazir

İqtisadiyyat

30 İyun 2026 12:03 88


"Debitor borclarla bağlı məsələyə konseptual və kompleks baxılmalıdır".

"Yeni Sabah" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, 2025-ci ildə iri infrastruktur layihələr çərçivəsində qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanılmış yeni müqavilələr üzrə avans ödənişləri həyata keçirilib: Pepperoni pizza

"Eyni zamanda, ötən il ərzində 1 milyard 797 milyon manat məbləğində keçmiş illərin debitor borcları bağlanılıb. Qeyd edim ki, 2025-ci il ərzində təşkilatların avans qalıqlarına dair məlumatlar tərəfimizdən təhlil edilmiş və həmin məlumatlar əsasında zəruri tədbirlərin görülməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən 120 təşkilata müvafiq tapşırıqlar verilib".

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!