"Qarabağ" sabiq legionerini yenidən heyətinə qatmaqda maraqlıdır.
"Yeni Sabah" xəbər verir ki, Ağdam təmsilçisi hazırda Rusiyanın "Axmat" klubunda çıxış edən braziliyalı yarımmüdafiəçi Julio Romaonu qış transfer pəncərəsində icarəyə götürməyi planlaşdırır.
Lakin 28 yaşlı dayaq yarımmüdafiəçisinin keçidi ilə bağlı tərəflərin razılığa gəlib-gəlməyəcəyi hələlik dəqiq deyil. Elektronika məhsulları
Qeyd edək ki, Romaonun Qroznı təmsilçisi ilə müqaviləsi 2028/29 mövsümünün sonuna qədər qüvvədədir.
O, 2022-2025-ci illər aralığında "Qarabağ"ın formasını geyinib./Offsideplus.az
Telegram kanalımız