195-1-ə 42 mindən çox zəng

saytların hazırlanması

Evə çatdırılma

195-1-ə 42 mindən çox zəng

İqtisadiyyat

09 Sentyabr 2026 14:01 83


2026-cı ilin avqust ayı ərzində İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə ümumilikdə 42 350 müraciət daxil olub.

“Yeni Sabah” xəbər verir ki, bunlardan 38 271-i canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə qəbul edilib. Müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicilərinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatı və dövlət əmlakının özəlləşdirilməsi kimi mövzuları əhatə edib. Daxil olan müraciətlərin böyük hissəsi dərhal cavablandırılıb, araşdırma tələb edən sorğular üzrə isə aidiyyəti strukturlar tərəfindən müvafiq tedbirlər görülüb.

Qeyd edək ki, ölkənin istənilən regionundan stasionar telefonla 195-1 Çağrı Mərkəzinə zəng etmək tam ödənişsizdir və mərkəz rəsmi iş günlərində saat 9:00-dan 18:00-dək canlı rejimdə fasiləsiz xidmət göstərir. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!