İspaniyanın Müdafiə Nazirliyi son 20 ildə 83 əsgərin asbestdən (öldürücü kimyəvi maddə) öldüyünü etiraf edib.
Yenisabah.az “El Pais”ə istinadla xəbər verir ki, bu rəqəm Madrid metrosunun işçiləri arasında qeydə alınan göstəricidən azı 6 dəfə çoxdur.
Həmkarlar ittifaqları asbest və ya asbest lifi zəhərlənməsinin peşə xəstəliyi kimi tanınması üçün illərdir mübarizə aparır. pizza hut
İspaniya silahlı qüvvələrinə gəlincə, Kral Donanmasıda eyni səbəbdən 82 ölüm qeydə alınıb. Çünki asbest gəmilərin inşasında geniş istifadə olunur.
Ölkədə bu maddənin istifadəsi 2002-ci ildə qadağan edilib. Lakin asbestin təsirindən yaranan xəstəliklər uzun illər sonra ortaya çıxa bilər.
Telegram kanalımız