Xorvatiyada avqust ayının sonunda 192 mindən çox vətəndaşın bank hesabı ödənilməmiş borclar səbəbindən bloklanmış vəziyyətdə olub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Xorvatiyanın HRT telekanalı məlumat yayıb.
Bildirilib ki, avqustun sonuna ölkədə bloklanmış hesabı olan vətəndaşların sayı 192 min 196 nəfər təşkil edib. Sezar pizza
Onların kreditorlar qarşısında əsas borc məbləği ümumilikdə 2,95 milyard avroya çatıb. Bu rəqəmə faiz və digər əlavə öhdəliklər daxil edilmədiyindən, borcluların faktiki maliyyə yükünün daha yüksək olduğu qeyd edilir.
Məlumata görə, borcluluq problemi yalnız fiziki şəxslərlə məhdudlaşmır. Avqustun sonunda Xorvatiyada 13,6 mindən çox hüquqi şəxsin və sahibkarlıq subyektinin də ödənilməmiş öhdəlikləri olub. Onların ümumi əsas borcu təxminən 413,5 milyon avro təşkil edib.
Son dövrdə enerji, mənzil, ərzaq və xidmət qiymətlərində artım əhalinin gündəlik xərclərini yüksəldib. Kredit ödənişləri və digər maliyyə öhdəlikləri ilə birlikdə bu vəziyyət bir sıra ailələrin büdcəsinə əlavə təzyiq yaradır./Axar.az
Telegram kanalımız