2025-ci ilin inanılmaz trendi:   Köhnə dəb geri qayıdır!

saytların hazırlanması

Evə çatdırılma

2025-ci ilin inanılmaz trendi: Köhnə dəb geri qayıdır!

Şou

11 Fevral 2025 16:09 780


Son vaxtlar məşhurların libaslarını əlcəklərlə tamamlaması dəbə çevrilib. Bunu bəyənənlər də var, yersiz hesab edənlər də. Amma istənilən halda bu tendensiya getdikcə daha çox yayılır. Xüsusilə uzun, zərif əlcəklər klassik və eleqant görünüş yaratdığı üçün bir çoxları tərəfindən bəyənilir. Bununla belə, bəzi insanlar əlcəklərin hər geyimlə uyğunlaşmadığını düşünür və onların gündəlik tərzdə yersiz göründüyünü qeyd edirlər.

Bəs, bu tendensiya sadəcə müvəqqəti bir moda dalğasıdır, yoxsa uzun müddət qalıcı olacaq?

Modelyer, dizayner Şəlalə Maqsudova ilə həmin dəbi müzakirə etdik. Müsahibimiz Yenisabah.az-a bu il əlcəklərin moda trendi olduğunu bildirib: Pepperoni pizza

“Bu il əlcəklər təkcə soyuq havadan qorunmaq üçün deyil, həm də şıq bir aksesuar olaraq geyimlərdə öz yerini tutacaq. Moda dünyasında əlcəklər qadınların qarderobunda daha geniş yer alır və müxtəlif material və dizaynlarda təqdim olunur”.

Ş.Maqsudova hansı material və formada olan əlcəklərin göz önündə olacağına da aydınlıq gətirib:

“Uzun və parlaq əlcəklər 2025-ci ilin əsas trendlərindən biri olacaq. Dəri və tül materiallar artıq kölgədə qalır, yerini isə gümüşü, qızılı və digər metalik tonlarda əlcəklərə verir. Xüsusilə axşam geyimləri və dəvətlər üçün nəzərdə tutulmuş bu əlcəklər geyimlərə dəbdəbəli bir toxunuş qatacaq.

Bundan əlavə, əl nahiyəsində qüsurları örtmək üçün nazik, trikotaj və tül əlcəklər də populyarlığını qoruyur. Onlar incə və zərif görünüş yaratmaq istəyənlər üçün əla seçimdir.

2025-ci ildə geyimlərinizə fərqli bir hava qatmaq istəyirsinizsə, əlcəklərdən çəkinməyin! İstər gündəlik kombinlərinizdə, istərsə də xüsusi tədbirlərdə bu aksesuarla daha zövqlü və dəbli görünə bilərsiniz”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!