2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 3 milyard 639,6 milyon manat təşkil edib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Qeyd olunan dövrdə göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,9 faiz artıb. Elektronika məhsulları
Xidmətlərin 1 milyard 104,7 milyon manatını (30,4 faiz) mobil telefon rabitəsi, 589,1 milyon manatını (16,2 faiz) internet, 641,5 milyon manatını (17,6 faiz) proqram təminatının işlənməsi və bu sahədə məsləhət xidmətləri təşkil edib.
Bundan başqa, 427,7 milyon manatlıq (11,7 faiz) informasiya, 876,6 milyon manatlıq (24,1 faiz) isə digər informasiya və rabitə xidmətləri göstərilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ən yüksək artım proqram təminatının işlənməsi və bu sahədə məsləhət xidmətlərində qeydə alınıb. Bu xidmətlərin dəyəri 29 faiz artıb.
İnternet xidmətlərinin dəyərində 21,6 faiz, informasiya xidmətlərində 6,4 faiz, mobil telefon rabitəsində 2,7 faiz, digər informasiya və rabitə xidmətlərində isə 2,3 faiz artım müşahidə olunub.
Aytac Əliyeva
Telegram kanalımız