Azərbaycanda nəqliyyatla bağlı diqqətçəkən mənzərə – Yeni rəqəmlər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda nəqliyyatla bağlı diqqətçəkən mənzərə – Yeni rəqəmlər

İqtisadiyyat

13 Noyabr 2026 13:01 44


2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində xidmətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,2 faiz artıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, hesabat dövründə nəqliyyat və anbar təsərrüfatı sahəsində 14 milyard 288,8 milyon manatlıq xidmət göstərilib. Bunun 8 milyard 546,7 milyon manatı (59,8 faizi) yük daşınmasının, 3 milyard 860 milyon manatı (27 faizi) sərnişin daşınmasının, 1 milyard 882,1 milyon manatı (13,2 faizi) isə anbar təsərrüfatı və poçt xidmətlərinin payına düşüb. Online alış-veriş

Həmin dövrdə nəqliyyat sektorunda 205,1 milyon ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur. Yüklərin 63,5 faizi avtomobil, 25 faizi boru kəməri, 7,6 faizi dəmir yolu, 3,7 faizi dəniz, 0,2 faizi isə hava nəqliyyatı vasitəsilə daşınıb.

Eyni zamanda, 2026-cı ilin ilk 10 ayında 1 milyard 861,9 milyon sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz çoxdur. Sərnişinlərin 90 faizi avtomobil nəqliyyatının, 9,3 faizi metronun, qalan hissəsi isə digər nəqliyyat növlərinin payına düşüb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!